Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (VÖEN: 1504595531) yeni tenderlər elan edib.
Dövlət Agentliyinin 68 ədəd evin alınması ilə bağlı tenderi - LƏĞV EDİLDİ
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, elan olunan hər iki tender çərçivəsində Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi üçün heyvanlarda Dabaq (A.O, Asiya 1, Sat 1, Sat 2) xəstəliyinə qarşı peyvənd vasitələrinin satın alınması nəzərdə tutulub.
Tenderlərin ehtimal olunan qiyməti 6 milyon 701 min manat və 7 milyon 525 min manatdır. Ümumi ehtimal olunan qiymət 14 milyon 226 min manatdır.
Tenderlərdə iştirak haqqı 1 500 manat, istifadə haqqı 25 manat təşkil edir.
Əlaqələndirici şəxs: Ramil Əmirzadə – Satınalma mütəxəssis / [email protected] / +994 12 498 89 14
Şərtlərə görə, iddiaçılar təkliflərini 3 avqust 2026-cı il, saat 12:00-a qədər Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi 7A ünvanına təqdim edə bilərlər.















