Keçmiş Tvitter, indi isə X adlanan sosial şəbəkənin sahibi İlon Mask X-in baek proqramlarını əvəz edəcəyini bildirib.
FED.az xəbər verir ki, X bank proqramlarını və daha çoxu maliyyə xidmətlərini əvəz edəcək, ümumiyyətlə «hər şey üçün» tətbiqə çevriləcək.
İlon Mask, elan edib ki, X-də maliyyə xüsusiyyətləri 2024-cü ilin sonuna qədər istifadəyə veriləcək və istifadəçilər "bu funksionallığın nə qədər güclü olacağına" təəccüblənəcəklər.
"Ödənişlər haqqında danışarkən, həqiqətən, bütün maliyyə həyatınızdan danışıram" -deyə Mask bildirib. «Söhbət puldan gedirsə, bizim platformada olacaq. Pul, qiymətli kağızlar və ya başqa bir şey. Söhbət sadəcə dosta 20 dollar göndərməkdən getmir. Dediyim odur ki, daha bank hesabına ehtiyacınız olmayacaq”.
Şirkət hazırda maliyyə xidmətləri təklif edə bilmək üçün bütün ABŞ-da pul köçürmə lisenziyaları əldə etmək üzərində işləyir. Mask bildirib ki, X-in bu xidmətlər üçün ehtiyac duyduğu digər avadanlıqları "növbəti bir neçə ayda" alacaq.
Maskın məqsədi X platformasını alış-veriş, nəqliyyat və s. imkanlar təklif edən Çində WeChat kimi super proqramlara bənzər “hər şey proqramına” çevirməkdir.