Xaricə səfər edən, viza üçün müraciət edən, xarici şirkətlərlə hesablaşmalar aparan vətəndaşların tez-tez istifadə etdiyi bank xidmətlərindən biri də arayışların və çıxarışların alınmasıdır. Bir çox banklarda bu arayışlar xarici quruma və ya qeyri-rezident təşkilatlara təqdim olunan sənəd kimi, bəzi banklarda isə səfirliyə məktub kimi qeyd olunur.
Restoranda pul xərcləmək bu kartlarla daha sərfəlidir - BANKLAR, «KƏŞBƏK»LƏR, SİYAHI (İyun, 2026)
FED.az biznes və maliyyə xəbərləri portalı səfirliklərə təqdim etmək üçün arayış və çıxarış qiymətlərini araşdırıb. Səfirliklərə təqdim olunan arayışın qiymətinin ən aşağı olduğu bank «Unibank»dır. Belə ki, bankda arayışın qiyməti 5 manat təşkil edir. Amma bu qiymət Azərbaycan dilində olan arayışlara şamil edilir, İngilis və Rus dilində tərcümə ilə qiymət isə 10 manatdır.
Arayışın qiymətinin ən baha olduğu bank isə «PAŞA Bank»dır. Bankda arayışın və çıxarışın qiyməti 30 manat təşkil edir. Elektron formada çıxarışı almaq üçün heç bir rüsum tələb olunub.
Digər banklarda arayışı almaq üçün qiymətlər 10 – 20 manat arasında dəyişir.
Çıxarışların verilməsi isə daha ucuz başa gəlir. Bankların bir çoxu çıxarışları ödənişsiz şəkildə verir. Bəziləri isə qısa müddətli (günlük, aylıq) çıxarışları ödənişsiz, müəyyən dövrdən sonra isə ödənişli şəkildə təqdim edir. Elə banklar da var ki, çıxarışın elektron forması ödənişsiz, sənəd formasında isə ödənişli əsaslarda təklif edir.
Banklardan çıxarış qiymətinin ən aşağı olduğu banklar «Accesbank», «AFB Bank», «VTB Bank», «Turan Bank» və «Expressbank»dır. Belə ki, bu banklardan çıxarış almaq üçün 5 manat rüsum ödəmək lazımdır.
Digər banklarda çıxarışı almaq üçün də qiymətlər 10 – 20 manat arasında dəyişir.
Bankların arayış və çıxarış qiymətləri daha ətraflı:
|
S/N |
Banklar |
Səfirliyə arayış |
Hesabdan çıxarış |
|
1 |
Paşa Bank |
30 manat |
Elekron formada - Pulsuz |
|
2 |
Bank Avrasiya |
20 manat |
Pulsuz |
|
3 |
Yapı Kredi Azərbaycan |
20 manat |
Pulsuz |
|
4 |
Bank Respublika |
10 - 20 manat |
10 - 20 manat |
|
5 |
AccessBank |
15 manat |
5 manat |
|
6 |
Bank of Baku |
15 manat |
Pulsuz |
|
7 |
VTB bank |
12 - 18 manat |
5 manat |
|
8 |
Kapital Bank |
10 manat |
10 manat |
|
9 |
ABB |
10 manat |
Elekron formada - Pulsuz |
|
10 |
AFB Bank |
10 manat |
5 manat |
|
11 |
Unibank |
5 manat, |
Pulsuz |
|
12 |
Ziraat Bank |
10 manat |
Pulsuz |
|
13 |
Azər-Türk Bank |
10 manat |
Pulsuz |
|
14 |
XalqBank |
10 manat |
Elektron formada - Pulsuz Kağız daşıyıcıda - 10 manat |
|
15 |
Premium Bank |
10 manat |
Elekron formada - Pulsuz |
|
16 |
Turan Bank |
10 manat |
5 manat |
|
17 |
Rabitəbank |
10 manat |
10 manat |
|
18 |
Azərbaycan Sənaye Bankı |
10 manat |
Pulsuz |
|
19 |
Yelo Bank |
10 manat |
Pulsuz |
|
20 |
Expressbank |
10 manat |
5 manat |
|
21 |
Bank Melli İran |
10 manat |
Pulsuz |















