“Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi Zəngilan rayonunda həyata keçiriləcək yeni layihə ilə bağlı tender müsabiqəsinə yekun vurub.
Dövlət Agentliyinin 68 ədəd evin alınması ilə bağlı tenderi - LƏĞV EDİLDİ
FED.az xəbər verir ki, rəsmi məlumatlara əsasən, Zəngilan rayonunun Zəngilan kənd yaşayış məntəqəsində qeyri-yaşayış binalarının tikinti-quraşdırma işlərinin satın alınması üzrə keçirilən müsabiqənin qalibi məlum olub.
Satınalma müqaviləsinin ümumi dəyəri 9 057 061 manat təşkil edir.
Layihənin icrası isə “19 saylı Tikinti Təmir İdarəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilib. (Banker)















