“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ (VÖEN: 9900001751) yeni tender elan edib.
"Daşkəsən Dəmir Filiz" 230 min manatlıq yemək alır - TENDER
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tender çərçivəsində PHŞ-in balansında olan magistral su kəmərində baş verə biləcək qəzaların aradan qaldırılması zamanı cəlb olunan işçilərin il ərzində isti yeməklə təmin edilməsi xidmətinin satın alınması nəzərdə tutulub. Tenderin ilkin ehtimal olunan qiyməti 144 min 925 manat təşkil edir.
Tenderlərdə iştirak haqqı 250 manat, istifadə haqqı 25 manat təşkil edir.
Əlaqələndirici şəxs: Elşən İsmayılzadə – Böyük məsləhətçi /
[email protected] / +994 50 289 41 07
Şərtlərə görə, iddiaçılar təkliflərini 9 iyul 2026-cı il, saat 17:00-a qədər Bakı şəhəri, skva prospekti 67 ünvanına təqdim edə bilərlər.
Qeyd edək ki, bu tender iyul ayının birində elan olunub və son müraciət tarici 9 iyul müəyyən edilib. Yəni tenderə müraciət etmək üçün cəmi 6 işi günü vaxt verilib.















