Bu ilin yanvar-may aylarında Azərbaycana turizm məqsədilə səfər etmiş 564 min 237 əcnəbi və vətəndaşlığı olmayan şəxsdən 512 min 452 nəfəri (90,8 %-i) ölkədə onlara göstərilən xidmətlərdən razı qalıb.
Azərbaycana Avropadan turist axını 8% artıb
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesabatına görə, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 14,3 % azdır.
Ən çox məmnunluq göstərən turistlər Rusiyadan gələnlər olub – 162 min 051 nəfər. Amma bu göstərici əvvəlki illə müqayisədə 0,5 % azdır.
Türkiyədən gələn məmnun turistlərin sayı 79 min 685 nəfər olub ki, bu da 1 il əvvələ nisbətən 12,2 % artım deməkdir.
Hindistandan gələn və xidmətlərdən razı qalan turistlərin sayı isə 21 min 545 nəfər təşkil edib ki, bu da illik müqayisədə 3,9 dəfə azdır.
Bununla yanaşı, 51 min 785 nəfər turist xidmətlərdən narazı qaldığını bildirib. Bu da əvvəlki illə nisbətən 27,9 % azdır.
Narazı turistlərin ölkələr üzrə bölgüsünə baxdıqda, ilk sırada yenə də Rusiya yer alıb – 16 min 804 nəfər. Lakin bu göstərici də illik müqayisədə 11,4 % azalıb.
Narazı turistlər arasında Türkiyədən olanların sayı 19,4 % azalaraq 7 448 nəfər, Hindistandan olanların sayı isə 5 dəfə azalaraq 2 115 nəfər olub.
Azərbaycana gələn turistlər ən çox avtobusla sərnişindaşıma xidmətindən narazı qalıb. Bu xidmətlə bağlı 9 845 turist narazılığını qeyd edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 37,8 % azdır.
Metro ilə sərnişindaşıma xidmətindən narazı qalanların sayı isə 3 733 nəfər olub. Bu, 1 il əvvələ nisbətən 27,6 % azalma deməkdir.
Yerləşmə xidmətlərindən narazı qalanların sayı isə 4 226 nəfər təşkil edib ki, bu da illik müqayisədə 36,9 % azdır.
İctimai iaşə (qida) xidmətləri ilə bağlı narazılığını isə 11 min 596 nəfər bildirib. Bu da əvvəlki ilə nisbətən 8 % azalma deməkdir.
Turagent və turoperatorların xidmətləri ilə bağlı da narazılıq qeydə alınıb. Bu sahədən şikayət edənlərin sayı 2,7 dəfə azalaraq 1 200 nəfərə düşüb.
Bələdçi xidmətlərindən narazı qalan turistlərin sayı isə 26,5 % azalaraq 5 415 nəfər olub. Digər xidmətlərdən narazı qalanlar isə 7 min 631 nəfər olub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 23,3 % azdır.
Qeyd edək ki, bu ilin yanvar-may aylarında Azərbaycana səfər etmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxs ölkədə ümumilikdə 943 milyon 991,7 min manat xərcləyib.
Bu, 2025-ci ilin eyni dövrünə nisbətən 280 milyon 754,7 min manat və ya 22,9 % azdır.
Xərclərin strukturunda nəqliyyat xidmətləri ən böyük paya malik olub. Belə ki, turistlər 5 ay ərzində nəqliyyata 430 milyon 928,8 min manat vəsait sərf ediblər ki, bu da illik müqayisədə 24,3 % azalıb. Nəqliyyat vasitələrinin icarəsinə 1 milyon 466,5 min manat (- 3 %) xərclənib.
Hesabat dövründə yerləşmə xidmətlərinə çəkilən xərclər isə 32 % azalaraq 171 milyon 750,2 min manat təşkil edib.
Turistlər qidalanmaya 176 milyon 707 min manat xərcləyiblər ki, bu isə bir il əvvələ nisbətən 20,1 % azdır.
Bu ilin yanvar-may aylarında Azərbaycana 186 ölkədən 871,7 min nəfər və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 11 % az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.















