Dünya birjalarında neft qiymətləri sutkalıq ticarətdə artım nümayiş etdirib.
FED.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı neftin avqust fyuçersləri 0,09 ABŞ dolları və ya 0,13% bahalaşaraq bir barel üçün 68,78 ABŞ dollarına yüksəlib.
Londonun ICE birjasında isə Brent markalı neftin sentyabr fyuçerslərinin qiyməti 0,32 ABŞ dolları və ya 0,45% artaraq 72,12 ABŞ dolları təşkil edib.














