“Dövlət Məşğulluq Agentliyi” PHŞ (VÖEN: 1300144711) tender elan edib.
Dövlət Agentliyi 15 milyon manatlıq - TENDER ELAN EDİB
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tender çərçivəsində Bakı Regional Məşğulluq Filialı (RMF) üçün ofisin icarəyə götürülməsi nəzərdə tutulub. Tenderin ilkin ehtimal olunan qiyməti 430 min 549 manat təşkil edir.
Tenderlərdə iştirak haqqı 350 manat, istifadə haqqı 25 manat təşkil edir.
Əlaqələndirici şəxs: Aleks Cəfərov – Satınalma mütəxəssisi /
[email protected] / +994 12 596 43 05
Şərtlərə görə, iddiaçılar təkliflərini13 iyul 2026-cı il, saat 17:00-a qədər Bakı şəhəri, Salatın Əsgərova küçəsi, 85 ünvanına təqdim edə bilərlər.
Qeyd edək ki, “Dövlət Məşğulluq Agentliyi” Şərqi Zəngəzur RMF üçün ofis icarəsi xidmətinin satın alınması ilə bağlı Orucov Emil Vidadi oğlu ilə 97 min 200 manatlıq, Agentliyin Aparatı və Mərkəzi filialları üçün ofis sahəsinin icarəsi xidmətinin satın alınması ilə bağlı İbadova Gülnarə Sultan qızı ilə 2 milyon 998 min 560 manatlıq satınalma müqaviləsi bağlayıb.















