Avropa İttifaqı (Aİ) bu gün elektron ticarət yolu ilə Birlik xaricindən gələn aşağı dəyərli mallara 3 avro dəyərində yeni gömrük rüsumu tətbiq edib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 1 iyul tarixindən etibarən Aİ tərəfindən tətbiq edilən qaydaya əsasən, Avropa Birliyindən kənardan idxal edilən və dəyəri 150 avroya qədər olan aşağı qiymətli bağlamalara 3 avro məbləğində müvəqqəti gömrük rüsumu tətbiq olunacaq.
Qaydalar internetlə tez-tez alınan geyim, oyuncaq, elektronika və digər istehlak mallarını əhatə edir.
Eyni tarif sinfinə aid məhsullara birdəfəlik 3 avro vergi tətbiq olunacaq, amma əgər eyni sifarişdə fərqli məhsullar varsa, hər məhsula görə əlavə 3 avro tutulacaq.
Avropa İttifaqının rəhbərldiyi gizlətmir ki, yeniliyin məqsədi Avropanın özündəki ticarət şəbəkələrini qorumaqdır. İntetnetlə alınan mallar, Avropanın özündə pərakəndə ticarət mərkəzlərində satılan mallara rəqibə çevrilib. Hökumətlər isə iri vergi ödəyicisi olan və çoxsaylı insanın çalışdığı ticarət mərkəzlərini qorumaq niyyətindədir.
Avropa Komissiyasının sədri Ursula fon der Leyen özünün X sosial media hesabında elan edib ki, "Bu gündən etibarən Aİ-yə daxil olan 150 avroya qədər elektron ticarət paketlərinə gömrük rüsumları tətbiq olunacaq".
Von der Leyen qeyd edib ki, aşağı dəyərli onlayn idxalın sürətlə artması Avropa pərakəndə satış şirkətlərini ədalətsiz rəqabət riski ilə üz-üzə qoyur və bu məhsulların əhəmiyyətli bir hissəsi istehlakçılar üçün risk yaradaraq AB təhlükəsizlik standartlarına cavab vermir.
Avropa İttifaqının rəhbəri bildirib ki, Avropada pərakəndə satış sektorunda təxminən 30 milyon nəfər çalışır və bu sahə Avropada özəl sektorun ən çox insan çalışdığı sektordur.
Buna görə də yeni rüsumlar Avropa biznesləri üçün ədalətli rəqabəti bərpa etmək və istehlakçıları daha yaxşı qorumaq məqsədi daşıyır.
Xatırladaq ki, 2025-ci ildə Avropa İttifaqının vətəndaşları xaricdən internet vasitəsilə təxminən 6 milyard dollarlıq kiçik əşəyalar alıblar. Bunların 90%-dən çoxu Çindən gəlib.
Komissiya uzun müddətdir ki, Çində yerləşən Temu və AliExpress kimi onlayn alış-veriş platformaları, eləcə də Çində yerləşən elektron ticarət şirkəti Shein vasitəsilə edilən alış-verişləri hədəf alan yeni qaydalar üzərində işləyir.














