Ötən ilin yanvar-may ayları ilə müqayisədə bu ilin yanvar-may aylarında bəzi qeyri-neft sektoru üzrə dövlət şirkətlərin ixracdan əldə etdikləri gəlirlərdə artım, bəzilərində isə azalma müşahidə olunub.
İxracdan gəlirləri artan və azalan özəl şirkətlər – MƏBLƏĞLƏR, MÜQAYİSƏ, TAM SİYAHI
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın iyun sayında bildirilib.
Məlumata görə, ixrac gəlirləri ən çox artan şirkətlər "SOCAR CAPE" MMC və "Naxçıvan Enerji" MMC olub. Bu şirkətlər hesabat dövründə müvafiq olaraq 430 min ABŞ dolları və 425 min ABŞ dolları ixrac gəliri əldə edib. 2025-ci ilin yanvar-may aylarında şirkətlərin ixrac gəliri olmayıb.
Məbləğ ifadəsində ixrac gəlirlərini ən çox artıran şirkət isə “Azəralüminium" MMC olub. Şirkətin ixrac gəlirləri ötən ilin eyni dövrünə nəzərən 27,4 milyon ABŞ dolları (50,4%) artaraq 81,8 milyon ABŞ dollarına çatıb.
İxrac gəlirləri azalan dövlət şirkətləri isə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR/ARDNŞ) törəmə şirkətləri və AZAL olub. Belə ki, ARDNŞ-nın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin ixrac gəlirləri 99,3 milyon ABŞ dolları (2,2 dəfə), ARDNŞ-nın Qaz İxrac İdarəsinin ixrac gəlirləri 26,9 milyon ABŞ dolları (4,5 dəfə) azalıb. “Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) ixrac gəlirləri isə 500 min dollar (7,6%) azalaraq 6,1 milyon dollara düşüb.
Qeyri-neft sektoru üzrə dövlət şirkətlərin ixracdan əldə etdikləri gəliri daha ətraflı:
|
S/N |
Dövlət şirkətləri |
İxracdan əldə olunan gəlir |
İxracdan əldə olunan gəlir |
Dinamika |
Dinamika |
|
1 |
"SOCAR CAPE" MMC |
0 |
430 min dollar |
430 min dollar |
100,00% |
|
2 |
"Naxçıvan Enerji" MMC |
0 |
425 min dollar |
425 min dollar |
100,00% |
|
3 |
"AZƏRENERJİ" ATSC |
2,4 |
4,7 |
2,3 |
95,80% |
|
4 |
“Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC |
17,3 |
29,6 |
12,3 |
71,10% |
|
5 |
“Azəralüminium" MMC |
54,4 |
81,8 |
27,4 |
50,40% |
|
6 |
AzerGold" QSC |
81,9 |
107,6 |
25,7 |
31,40% |
|
7 |
“SOCAR Polymer" MMC |
106,6 |
110,8 |
4,2 |
3,90% |
|
8 |
“Azərbaycan Hava Yolları" QSC |
6,6 |
6,1 |
-0,5 |
-7,60% |
|
9 |
ARDNŞ-nın Marketinq və İqtisadi |
183,9 |
84,6 |
-99,3 |
-2,2 dəfə |
|
10 |
ARDNŞ-nın Qaz İxrac İdarəsi |
34,5 |
7,6 |
-26,9 |
-4,5 dəfə |















