“Huawei” dünyanın “Android” inkişafına böyük töhfələr verib. “Android”in əsas tərəfdaşlarından biri olaraq, biz həm də istehlakçılar üçün və birbaşa sənaye üçün zəruri olan ekosistemi inkişaf etdirmək üçün açıq platforma ilə işləyirik”.
FED.az xəbər verir ki, bu barədə “Huawei Azərbaycan” şirkətindən məlumat verilib.
Eləcə də bax: “Huawei” telefonlarının sahibləri “Android” və “Google”dan istifadə edə bilməyəcəklər
Məlumatda deyilir ki, “Huawei” bütün mövcud “Huawei” və “Honor” smartfon və tabletləri üçün təhlükəsizlik sistemlərinə və satış sonrası xidmətlərə dair yenilikləri təmin etməyə davam edəcək:
“Dünyada “Huawei” istifadəçiləri üçün daha yaxşı istifadə təcrübəsini təmin etmək üçün təhlükəsiz və davamlı proqram təminatı ekosistemi yaratmağa davam edəcəyik”.
Qeyd edək ki, ötən həftə ABŞ Prezidenti Donald Tramp Çinin "Huawei" şirkətini qara siyahıya salıb. Bu səbəbdən Google, İntel və başqa şirkətlər "Huawei" ilə əməkdaşlıqdan imtina etməyi qərara alıb.