20 may 2019 09:10

“Huawei” telefonlarının sahibləri “Android” və “Google”dan istifadə edə bilməyəcəklər

Amerikanın “Google” şirkəti Çinin “Huawei” şirkəti ilə bizness-əlaqəni dayandırır.

FED.az xəbər verir ki, Reuters-in məlumatına görə, Çin şirkəti ABŞ sanksiyaları altına düşdüyündən onun “Google” texnologiyalarına çıxışı məhdudlaşdırılır.

Bu o deməkdi ki, “Huawei” qadjetləri “Android” sisteminin yenilənməsini almayacaqlar. Bundan əlavə, “Huawei” istifadəçiləri “Google”, “Google Play” və “Gmail” kimi proqramlara çıxışını itirəcək.

Buna baxmayaraq, Çin şirkətinin qadjetlərinə “Android”ın İnternetdə sərbəst axtarışda olan versiyasını yükləmək mümkündür.

Eləcə də bax: Azərbaycanda və qonşu ölkələrdə internetin qiyməti - MÜQAYİSƏ 

“Google” şirkətinin nümayəndəsi “Huawei” telekomunikasiya şirkəti ilə əməkdaşlığın dayandırılmasını şərh edib.

Onun sözlərinə görə, “Huawei” telefonlarını artıq almış insanlar “Google Play” və “Google Play Protect” tətbiqlərindən istifadəni davam etdirə biləcəklər.

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz