Bu ilin yanvar-iyul aylarında Azərbaycanda informasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələrin göstərdiyi xidmətlərin dəyəri 2082,8 milyon manat təşkil edib.
Azərbaycanda əhalinin gəlirləri 7%-dən çox artıb
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,4% çoxdur.
Göstərilən xidmətlərin 73,1%-i əhali tərəfindən istehlak olunub. Xidmətlərdən əldə edilən gəlirin 33,7%-i və ya 702,6 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.