“Facebook” şirkətinin bəzi əməkdaşları ABŞ Prezidenti Donald Trampın paylaşımlarının silinməsi ilə bağlı irəli sürülmüş tələbə baş direktor Mark Zukerberqin etiraz etməsinə cavab olaraq virtual tətilə hazırlaşırlar.
Eləcə də bax: Hər işçiyə 1000 dollar - MÜKAFAT VERİR
FED.az xəbər verir ki, bu barədə “CNN” özəl mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, şirkətin əməkdaşları tətil edəcəkləri bütün gün ərzində işləməyəcəklərini bildiriblər. Eyni zamanda, kadrlar şöbəsinin tapşırıqları əsasında tətildə iştirak edəcək əməkdaşlara qarşı hər hansı cavab tədbirləri görülməyəcək.
Qeyd edək ki, “Facebook”un yaradıcısı Mark Zukerberq afroamerikalı Corc Floydun polis əməkdaşları tərəfindən öldürülməsi fonunda keçirilən kütləvi etiraz aksiyalarının yatırılması üçün Milli Qvardiya qüvvələrinin Minneapolis şəhərinə göndərilməsinin mümkünlüyü ilə bağlı prezident Donald Trampın yazdığı paylaşımları silməkdən imtina edib.
Apa