Dünyanın ən böyük sosial şəbəkəsi sayılan "Facebook" Türkiyədə 8 yeni ofis açmaq niyyətindədir.
Eləcə də bax: "Facebook”a rəqib sosial şəbəkə yaradılıb - PULLUDUR - QİYMƏTLƏR
FED.az xəbər verir ki, sosial şəbəkənin hədəfi rəqəmsal platformada gənc sahibkarlar tapmaqdır. Bursa Ticarət Birjası rəhbəri “Facebook”un dünyada 7 şəhərdə ofis açmaq qərarına gəldiyini, Türkiyədə TOBB və Habitat iş birliyi üçün mərkəzi İstanbul olmaqla Türkiyənin 8 bölgəsində Facebook ofisləri açılacağını söyləyib.
Eləcə də bax: "Facebook"dan kredit götürmək - MÜMKÜN OLACAQ
İlk ofis Bursada açılacaq. Ticarət Birjasının himayəsi altında Doğanbey məhəlləsinin binasında qurulan ofis yanvarın 13-dən xidmətə başlayacaq.
Qurulacaq ofisinin məqsədi rəqəmsal sahədə gənc təşəbbüskarlara yeni təşəbbüslər göstərməkdir. Matlı bildirib ki, bu mövzuda Bursa Universiteti ilə protokol imzalanıb və gənclərin universitet dövründən başlayaraq rəqəmsallaşmaya əsaslanan iş modellərini inkişaf etdirməyə başlayacaqlar.