«Vikipediya»nın həmtəsisçisi Cimmi Ueyls yeni və reklamsız sosial şəbəkəsini — «WT: Social»ı təqdim edib. FED.az-ın məlumatına görə, Ueyl planlaşdırır ki, daha keyfiyyətli kontent hesabına Tvitter və Feysbuk-la rəqabət apara biləcək.
Eləcə də bax: "Facebook" və "Twitter"ə rəqib - SOSİAL ŞƏBƏKƏ YARADILIB
«İnsanlar bu zir-zibildən bezib (Feysbuk-dakı lazımsız informasiyaları nəzərdə tutur). Əslində bu problem yayılma ilə bağlıdır, sosial şəbəkələrdə biznes model yalnız təmiz reklam üzərində qurulub. Nəticədə keyfiyyətsih kontent qalib gəlir».
Cimmi Ueyls bildirir ki, striminq servislərin, məsələn, «Netflix» və «Spotify»nin təcrübəsi, onların abunəçilərin sayı və gəlirləri göstərir ki, istifadəçilər keyfiyyətli kontentə görə ödəniş etməyə hazırdılar.
Yeni sosial şəbəkə nə təqdim edir?
Əvvəla, burada çox vacib məqam var: xronoloji lent. İkincisi heç bir reklam yoxdur. Üçüncüsü, şəbəkə pulludur: ayda 13 dollar və ya ildə 100 dollar.
Xəbər lenti istifadəçilərin dərc etdiyi keçidlərdən ibarətdir. Xəbərlər kateqoriyalara görə ayrılıb. Hazırda heç bir layk və ya dislayk yoxdur, amma gələcəkdə hansısa postu tövsiyə eləmək üçün düymə olacaq.
Artıq bir aydır ki işləyən şəbəkənin pullu istifadəçilərinin sayı artıq 50 minə çatıb. Ueyls heç bir investisiya cəlb etməyib, xərcləri özü ödəmək niyyətindədir.