Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və effektiv idarə edilməsi sahəsində koordinasiyanı həyata keçirən qurum olan Elektron Hökumətin İnkişafı Mərkəzi publik hüquqi şəxs 2020-ci ili 57 min 109 manat xalis zərər ilə başa vurub. Qurum 2019-cu ili 670 min manat xalis mənfəət ilə başa vurmuşdu.
Eləcə də bax: İnnovasiyalar Agentliyi fəaliyyətinin ilk ilində - Zərərlə İşləyib
FED.az xəbər verir k, Qurumun əsas əməliyyat gəlirləri 2019-cu ildə 1 milyon 801 min manat ikən 2020-ci ildə 4 milyon 678 min manata yüksəlib. Sair gəlirlər isə 1 milyon manatdan 6 milyon manata yüksəlib.
2019-cu illə müqayisədə 2020-ci ildə inzibati və sair xərclərin kəskin artması Elektron Hökumətin İnkişafı Mərkəzinin zərər düşməsinə səbəb olub. (Marja)