Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) yanında İnnovasiyalar Agentliyi 2019-cu ili 670 min manat zərərlə başa vurub.
Eləcə də bax: Sahibkarlığın İnkişafı Fondunun yığılmış zərəri - 86 Milyon Manatı Keçib
FED.az bu barədə qurumun maliyyə (audit) hesabına istinadən xəbər verir.
Məlumata görə, hesabat dövründə İnnovasiyalar Agentliyinin gəlirləri 24 min manat, xərcləri isə 693 min manat təşkil edib.
2020-ci il yanvarın 1-nə qurumun aktivləri 36,223 milyon manat olub ki, bunun da 110 min manatı onun öhdəliklərinin, 36,113 milyon manatı isə balans kapitalının hesabına formalaşıb.
Xatırladaq ki, İnnovasiyalar Agentliyi ölkə prezidentinin 6 noyabr 2018-ci il tarixli fərmanı ilə, NRYTN-nin tabeliyindəki İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun və “Yüksək Texnologiyalar Parkı” MMC-nin əsasında yaradılıb. Onun nizamnamə kapitalı 500 min manatdır. (Report)