Cənubi Koreya sosial media nəhəngi “Meta”ya istifadəçi məlumatlarını icazəsiz topladığı və üçüncü tərəflərlə paylaşdığı üçün 21,62 milyard von (təxminən 15,67 milyon dollar) məbləğində cərimə tətbiq edib.
Dünyanın ən zəngin ikinci adamı Zukerberq olub
FED.az xəbər verir ki, bu barədə Cənubi Koreya Şəxsi Məlumatların Mühafizəsi Komissiyasının (PIPC) açıqlamasında bildirilib.
Məlumata əsasən, “Meta” təxminən 980 min Cənubi Koreyalı “Facebook” istifadəçisinin həssas şəxsi məlumatlarını toplayıb və bu məlumatları istifadəçilərin razılığı olmadan reklam şirkəti ilə bölüşüb.
“Meta”nın bu məlumatları təxminən 4 min reklam şirkətinə ötürdüyü və istifadəçiləri fərdi qaydada hədəfləyən reklamlarda istifadə edərək məxfilik qaydalarını pozduğu bildirilib.
Qeyd edək ki, Cənubi Koreyanın şəxsi məlumatların qorunması qanunlarını pozan bu addım, digər ölkələr üçün də texnologiya nəhənglərinin məlumat toplama proseslərinə dair bir xəbərdarlıq xarakteri daşıyır. (Trend)