“Meta” şirkətinin baş icraçı direktoru və həmtəsisçisi Mark Zukerberq “Amazon”un rəhbəri Ceff Bezosu geridə qoyaraq ilk dəfə dünya zənginləri sıralamasında ikinci yerə yüksəlib.
İlon Mask X/«Tvitter»i $44 milyarda almışdı – İNDİ $9 MİLYARDDIR
FED.az xəbər verir ki, şirkətin səhmlərinin dəyərinin artması ilə M.Zukerberqin sərvəti “Bloomberg Milyarderlər İndeksi”nə görə 206,2 milyard dollar təşkil edib.
Bu, onu C.Bezosdan (1,1 milyard funt sterlinq) önə keçirib. Lakin o, dünyanın ən varlı adamı, “Tesla”nın sahibi İlon Maskdan hələ də 50 milyard dollar geridə qalır.
Dünən “Meta”nın bazar dəyəri səhmlərin 582,77 dollar səviyyəsinə çatması ilə 10 faiz artaraq 1,45 trilyon dollar olub. Bu bahalaşma şirkətin “Orion” adlanan ilk artırılmış reallıq eynəklərini təqdim etməsi və xidmətləri üçün yeni süni intellekt funksiyalarını istifadəyə verməsi ilə əlaqədardır.
“Meta” ötən ay şirkətin süni intellekt xidmətlərindən ayda 400 milyondan çox insanın istifadə etdiyini açıqlamışdı. (Azərtac)