Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-ci ilin oktyabr sayı təqdim olunub.
FED.az xəbər verir ki, “İxrac İcmalı”nda həm də xidmət ixracına yer ayrılıb.
Eləcə də bax: “Azerspace-2" peyki 14.1 milyon ABŞ dolları həcmində - GƏLİR GƏTİRİB
Məlumat verilib ki, 2019-cu ilin yanvar-sentyabr aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 24 ölkəsinə 30,2 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib. 2018-ci ilin yanvar-sentyabr aylarında “Azərkosmos”un ixracı 16,7 milyon dollar təşkil etmişdi. Beləliklə, peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri ixracı 81% artıb.
“Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 88 faizini təşkil edib.
2019-cu ilin sentyabr ayında isə “Azərkosmos” ASC dünyanın 20 ölkəsinə 2,2 milyon ABŞ dolları dəyərində xidmət ixrac edilib.
“Azərkosmos” ASC-nin 2019-cu ilin yanvar- sentyabr aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr ABŞ, Fransa, Birləşmiş Krallıq, Malayziya, BƏƏ-dir.