Son 7 ildir ölkədə reklam bazarının həcmi dəyişməyib.
Eləcə də bax: Reklam haqqında Qanuna dəyişikliklər - TƏKLİF EDİLİB
FED.az xəbər verir ki, bunu "Rəqəmsal və audiovizual yayım sənayesi" İctimai Birliyinin Reklamçılar komitəsinin sədri Zaur İsmayılov "Audiovizual mühitdə reklam fəaliyyətinin tənzimlənməsi" mövzusunda tədbirdə deyib.
O bildirib ki, hazırda bazarın maliyyə həcmi 45 milyon manatdır.
"Bazarın reytinq həcmi 1,6 milyon manat, orta reytinq qiyməti isə 28 manatdır. Reklam bazarımızın böyüməsi üçün orta reytinq qiyməti artırılmalı, bazarın ümumi reytinq həcmi böyüməlidir. Ancaq hər iki hal özlüyündə ümumi maliyyə artımı, yəni maliyyə vəsaiti tələb edir. Bu mənada hazırda televiziyaların reklam bazarı "pat" vəziyyətindədir və bazarın öz dinamikası ilə bundan çıxması mümkünsüz görünür". (Apa)