Reklam haqqında Qanuna bir sıra dəyişiklik təklif edilib.
FED.az xəbər verir ki, Audiovizial Şuranın Aparat rəhbəri Fazil Novruzov "Audivizual mühitdə reklam fəaliyyətinin tənzimlənməsi" mövzusunda tədbirdə deyib.
O bildirib ki, təkliflərdən biri reklamla bağlıdır:
"Reklamın 1 saatda - 12 dəqiqə (əvvəlki qaydada) verilməsi, 1 saatda - 3 blok şəklində təqdim edilməsi təklif olunub. 20 dəqiqədən az olan proqramlar, uşaq və dini proqramlar reklamla kəsilə bilməz, rəsmi matəm günlərində reklam verilə bilməz. Həmçinin 1 sutkada 60 dəqiqəlik və maksimum 6 blok teleticarət verilməsi təklif edilib. Bundan başqa məhsul (əmtəə) yerləşdirilməsi zamanı ekranda bildiriş - işarələmənin olması, xəbər, dini, uşaq proqramlarında məhsul (əmtəə) yerləşdirilməsinin qadağan edilməsi təklif olunub. Sponsor təqdimatı ilə bağlı da qanuna bəzi dəyişikliklər təklif olunub. Həmin dəyişiliklər bunlardır - Sponsor təqdimatı 1 saatda 3 dəqiqə olmalı; Təqdimatda məhsuldan istifadə qadağandır; Xəbər və dini proqramlar sponsorun yardımı ilə hazırlana bilməz”. (Apa)