Azərbaycan Türkiyə ilə "Türk Telekom" şirkətinin fəaliyyətinin təşviq edilməsi barədə razılığa gəlib.
Eləcə də bax: “Bakcell” “Port Baku”dan - Köçür
FED.az xəbər verir ki, bu, Türkiyə-Azərbaycan iqtisadi əməkdaşlığına dair fəaliyyət planında əks olunub.
Sənədə əsasən, fəaliyyətin icrasını Azərbaycan tərəfdən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Türkiyə tərəfdən isə Nəqliyyat və İnfrastruktur Nazirliyi, İnformasiya və Kommmunikasiya Texnologiyaları Qurumu həyata keçirəcək. (Report)