2025-ci ilin yanvar-sentyabr aylarında informasiya və rabitə sektorunda artım müşahidə olunub.
Ən çox şikayət olunan internet provayderlər açıqlanıb
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Hesabat dövründə müəssisələr tərəfindən 2 milyard 740,7 milyon manatlıq xidmət göstərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 185,5 milyon manat və ya 7,3 faiz çoxdur.
Xidmətlərin 72,6 faizi əhali sektoruna aid olub. 2024-cü ilin müvafiq dövründə bu göstərici 73,4 faiz idi. Beləliklə, əhali sektorunun payı cüzi, 0,8 faiz bəndi azalıb.
Sektor üzrə ümumi xidmət həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,7 faiz artıb, halbuki 2024-cü ilin yanvar-sentyabr aylarında artım 12,3 faiz təşkil etmişdi. Bu, artım tempinin bir qədər zəiflədiyini, lakin sektorda sabit inkişafın davam etdiyini göstərir.
Əldə edilən gəlirin 83,4 faizi qeyri-dövlət sektorunun payına düşüb, bu göstərici ötən il 84,3 faiz idi. Beləliklə, özəl sektorun payı 0,9 faiz bəndi azalsa da, informasiya və rabitə xidmətlərindən əldə olunan gəlirlərin əsas hissəsini hələ də qeyri-dövlət müəssisələri formalaşdırır.