Azərbaycanda bank təcrübəsi olan şəxs elektron ödəniş sistemi olan şirkətdə yüksək vəzifəyə təyin edilib.
Eləcə də bax: Bankdan ayrılan hüquqşünas yeni yaradılan BOKT rəhbərliyinə - Təyinat Alıb - FOTO
FED.az Banker.az-a istinadən xəbər verir ki, Rauf Miqirov “E-PUL” layihəsinin sahibi olan “Paysis” Məhdud Məsuliyyətli Cəmiyyətin baş direktoruna (CEO) müavin təyin edilib. Hazırda, “Paysis”in baş direktoru isə Samir Nəsibovdur.
R.Miqirovun ötən aydan vəzifəsinin icrasına başlandığı bildirilir.
O, 2007-ci ilin dekabrından 2013-cü ilin iyun ayına qədər “AccessBank” QSC-də çalışmış, 2013-cü ilin iyulundan 2017-ci ilin aprelinə qədər isə “Amrahbank” ASC-də Müştəri xidmətləri departamentininin direktoru kimi və həmin tarixdən sonra isə “AzSmart” və “Sezar Group” kimi şirkətlərdə çalışmışdır.
“Paysis” şirkəti 2014-cü ildə yaradılıb və 1.66 mln. manat nizamnamə kapitalına sahibdir. Şirkətin “E-PUL” layihəsi fərqli cihazlar və rabitə kanalları vasitəsi ilə ödənişlərin edilməsinə imkan yaradan elektron ödəniş sistemidir.
Layihənin məqsədi ilə bağlı rəsmi internet səhifəsində internet üzərindən bank kartları və Pul Kisəsi vasitəsi ilə aparılan ödənişləri hər bir internet istifadəçisi olan şirkətə və şəxsə əlçatan, rahat alətə çevirməkdir.
İnternetdə ödəniş sayt üzərində ödəniş etməklə yanaşı “Android” və “iOS” əməliyyat sistemlərində də mümkündür.
Müştəriləri ödənişlərin qəbulu “Bank of Baku” ASC-nin prosessinq mərkəzi tərəfindən həyata keçirilir.