Azərbaycanda cari ilin sentyabrında yaradılan “Optimal Finance Bank Olmayan Kredit Təşkilatı” MMC-nin Direktorlar Şurasına yeni üzv seçilib.
Eləcə də bax: "Yelo Bank"a yeni sədr - TƏYİN OLUNUB
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu Əhmədəli Məmmədovdur.
Ə.Məmmədov buna qədər işsiz idi. Belə ki, 2002-ci ildən 2019-cu ilin dekabrına qədər “AccessBank” QSC-də çalışıb. Onun bankdakı sonuncu vəzifəsi Hüquq departamentinin direktoru idi.
2019-cu ilin sonuncu ayında Azərbaycanda hökumətdə idarəetmə ilə bağlı keçirlən islahatlar kimi Milli Məclis buraxıldıqdan sonra Ə.Məmmədov Bakı Şəhərinin Xəzər rayon seçki dairəsindən deputatlığa öz namizədliyini vermişdi. Lakin, o seçkidə qalib ola bilməmişdi.
“Optimal Finance BOKT” 300 min manat nizamnamə kapitalına sahibdir. 14 sentyabr 2019-cu ildə yaradılıb.