2024-cü ilin sonuna qədər ölkə əhalisinin hamısı genişzolaqlı internet ilə təmin olunacaq.
“Azerspace 2” peykinin qazancı - 1.5 MİLYARD MANATI KEÇƏCƏK
FED.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev M360 GSMA beynəlxalq telekommunikasiya konfransında çıxışı zamanı bildirib.
"Biz Xəzər üzərində fiber-optik xəttin çəkilməsi üzərində çalışırıq. Bu Azərbaycan və Orta Asiya arasında əlaqə yaradılması üçün güclü təkan yaradacaq. Dünya əhalisinin 46%-inin rəqəmsal sahədə bilik və bacarıqları zəifdir. Bizim qarşımızda rəqəmsalsallaşmanın geniş istifadə edilməsi tapşırığı durur. Qarşıdakı illərdə Kibertəhlükəsizlik sahəsində savadlı kadrlar yetişdirəcəyik. Ölkədə internet sürətinin artırılması istiqamətində işləri görməkdəyik. Tezliklərin düzgün tənzimlənməməsinin şahidiyik. Həmçinin tezliklərin 5G bağlantıda yerləşdirilməsi istiqamətində vəzifələri yerinə yetirməkdəyik. Azercell 5G-nin tətbiq edən ilk şirkət olacaq", - deyə Rəşad Nəbiyev bildirib. (Apa)