Amerikanın e-ticarət nəhəngi Amazon-un, Nyu Cersi ştatındakı bazasında süni zəkalı bir robotun səhvən spreyi qırması nəticəsində 24 işçi xəstəxanaya aparılıb.
Amerika mətbuatında yer alan xəbərlərə görə, Amazon-un,Nyu-Cersi ştatında yerləşən anbarında istifadə edilən bir süni intellektli robot, ayı uzaqlaşdırmaq üçün istifadə edilən spreyi səhvən sındırıb.
ELƏCƏ DƏ BAX: “Amazon” şirkəti “ağıllı” hipermarketlər şəbəkəsi açacaq
Sınan spreydən çıxan qazdan əziyyət çəkən işçilərdən 30-u hadisə yerində müalicə edilib, 24-ü isə xəstəxanalara aparılıb.
Xəstəxanaya aparılmış işçilərdən birinin vəziyyətinin ağır olduğu iddia edilib.
Amazon məsələ ilə bağlı yaydığı açıqlamada, "Bir spreyin qırılması nəticəsində yaranan qazdan əziyyət çəkən və xəstəxanaya aparılan işçilərimizin hamısının 24 saat ərzində evlərinə buraxılacağı gözlənilir. İşçilərimizin təhlükəsizliyi hər zaman əsas prioritetimiz olub. Mövzu ilə bağlı əhatəli bir istintaq başlayıb",- ifadələrinə yer verilib.
2016-cı ilin məlumatlarına görə, Amazon-un yüksək robot texnologiyasının istifadə edildiyi 20 məhsul ayırma və 125 sifariş hazırlama mərkəzi mövcuddur.