“Amazon”da satışların 60%-i üçüncü tərəflər tərəfindən həyata keçirilir.
Erdem İnan: "Trendyol" Azərbaycanda müştəri sayını 3 milyona, dövriyyəni isə 3 milyarda çatdıracaq
FED.az xəbər verir ki, bunu bu gün Bakıda keçirilən dördüncü “INMerge” Innovasiya Sammitində çıxışı zamanı “Amazon”un vitse-prezidenti və baş texnologiya direktoru Verner Vogels (Werner Vogels) deyib.
O bildirib ki, kiçik və iri müəssilər burada aktiv satış həyata keçirir. “Gənc bizneslər özbaşına o qədər müştəri toplaya bilməz. Amazon isə onlara milyonlarla müştəriyə çıxış imkanı verir. Üçüncü tərəflərlə bağlı ən böyük problemin məhsulun vaxtında çatdırılmasıdır. Müştərilər isə problemlə bağlı birbaşa “Amazon”a müraciət edir” - Verner Vogels əlavə edib. (Apa)