İKT

3 yeni iPhone modeli təqdim edildi - QİYMƏTLƏR

3 yeni iPhone modeli təqdim edildi - QİYMƏTLƏR | FED.az
09:13 11 Sen 2019

ABŞ-ın Apple şirkəti iPhone 11, iPhone 11 Pro və iPhone 11 Pro Max​ modellərini təqdim edib.

 
FED.az "Marja"-a istinadən  xəbər verir ki,  iPhone 11-in qiyməti 699 dollardan, iPhone 11 Pro 999 dollardan, iPhone 11 Pro Max isə 1099 dollardan başlayır. Bu qiymətlər gözlənilən qiymətlərdən aşağıdır.

 

iPhone 11-lər digər modellər ilə müqayisədə ən sürətli prosessora malikdir. Telefon 1 saat daha çox batareya müddəti təqdim edir. 
 

iPhone 11 Pro və  iPhone 11 Pro Max modelləri 12MP 3 arxa kameraya malikdirlər. 

 

iPhone 11 modelləri 5.8 düyüm və 6.5 düyüm ekran ilə təchiz olunurlar.

 

Modellərin satışına 20 sentyabrdan başlanacaq.

Digər xəbərlər