AFFA-nın bu gün keçirilən Hesabat Konfransında qurumun Maliyyə və Mühasibat Departamentinin 2021-ci il üçün hesabatı təqdim olunub.
Eləcə də bax: "Qarabağ" klubu prezidentin ayırdığı pulları - Nəyə Xərcləyəcəyini Açıqladı
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, ötən il qurumun büdcəsinə 26 milyon 636 min 579 manat vəsait daxil olub.
Bu məbləğin 12 milyon manatı AFFA-nın baş sponsoru olan SOCAR-ın hesabına düşür. Vəsaitin 5 milyon 15 min 425 manatı UEFA-dan, 5 milyon 742 min 346 manatı milli komandanın yayım hüququndan, 2 milyon 923 min 188 manatı FİFA-dan, 47 min 200 manatı “Coca Cola”dan, 236 min manatı "Paşa Sığorta"dan, 16 min 874 manatı UNİCEF-dən, 123 min 900 manatı P&G-dan, digər 530 min 646 manat isə başqa mənbələrdən assosiasiyanın hesabına daxil olub.