Xaçmazda 26 nəfərə qarşı dələduzluq edilib.
Kibertalama halları sürətlə yayılır - QARŞISINI ALMAQ ÜÇÜN NƏ ETMƏLİ? - VİDEO
FED.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, Xaçmaz RPŞ-nin keçirdiyi tədbirlərlə ayrı-ayrı vaxtlarda ümumilikdə 26 şəxsə qarşı dələduzluqda şübhəli bilinən Nicat Fərmanzadə saxlanılıb.
Müəyyən olunub ki, o, tanıdığı şəxslərin ailə üzvlərinə zəng edib onların övladlarına və ya digər yaxınlarına təcili pul lazım olduğunu bildirərək zərərçəkmişlərə ümumilikdə 8613 manat maddi ziyan vurub.
Keçirilən digər tədbirlərlə isə rayon sakini Nurlan Bayramov dələduzluq edərək digər şəxslərin adına onlardan xəbərsiz onlayn yolla kredit götürdüyü üçün saxlanılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.