Ali Məhkəmənin kommersiya kollegiyası Vergi Xidməti tərəfindən ölkədən çıxışına məhdudiyyət qoyulmuş şəxslə bağlı məhdudiyyəti ləğv edib.
Eləcə də bax: Satışa çıxarılan şərab zavodunun 550 min manata yaxın - VERGİ BORCU VAR
FED.az xəbər verir ki bu barədə qərarı Ali Məhkəmə avqustun 10-də qəbul edib.
Bu işlə bağlı məhkəmə mübahisəsi 2021-ciildə başlayıb. Həmin vaxt Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi MMC-yə müraciət edərək onun büdcəyə bütün maddələri nəzərə almaqla 274 min manat vergi borcunun olduğunu bildirib və onun 10 gün müddətinə ödənilməsin tələb edib. Əks halda maraqlı tərəfin, yəni şikrətin rəhbərinin ölkədən çıxışına məhdudiyyət qoyulacağını bildirib.
Bundan sonra Vergi Xidməti Bakı kommersiya məhkəməsinə müraciət edərək şirkətinmaraqlı şəxsinin ölkədən çıxışına məhdudiyyət qoyulmasını istəyib.
Birinci instansiya məhkəməsi bu tələb əsasında şirkətin rəhbəri kimi təqdim edilən şəxsin ölkədən çıxışına məhdudiyf tqoyub və bunu onunla əsaslandırıb ki, 2008-ci ildə Vergi Xidməti ilə müqaviləni sözügedən şəxs imzalayıb. Maraqlıdır ki, həmin vaxt maraqlı şəxs məhkəmədə iştirak etməyib.
Məhdudiyyət qoyulduqdan sonra isə məlum olub ki, Kommersiya məhkəməsinin məhdudiyyət qoyduğu şəxs əslində 2015-ci ildə vəzifəsini tərk edib və hazırda həmin şirkətdə çalışmır.
Qarşı tərəf bu arqumentlə Apellyasiya məhkuəməsinə müraciət edib. Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 18 aprel tarixli qərarı ilə əvvəlki qərar ləğv edilib. Məhdudiyyət aradan qaldırıb.
İddiaçı tərəf - Vergi xidməti yenidən Ali Məhkəməyə müraciət etsə də, sonuncu Apelyasiya Məhkəməsinin qərarınv qüvvədə saxlayıb.
Ali Məhkəmə qarşı tərəfə izah edib ki, 2015-ci ildə işdən çıxarılan şirkət rəhbərini 2021-ci ildə olan vergi borcu səbəbindən ölkədən çıxışına məhdudiyyət qoymaq mümkün deyil.
“Maraqlı şəxsin tutduğu vəzifədən azad olunması əmək qanunvericiliyində nəzərdə tutulan qaydada rəsmiləşdirildiyi üçün, vergi ödəyicisi olan şəxsin vergi və hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyin tələblərini pozaraq reyestr məlumatlarında dəyişiklik edilməsi ilə bağlı məlumatı vergi orqanına təqdim etməməsi, maraqlı şəxsin vergi borcu yaranmış hüquqi şəxsin icra orqanının rəhbəri olmaması faktını dəyişdirmir”-deyə Ali Məhkəmənin qərarında bildirilir.