Tanışına simkart almağa kömək etdi, özünün də xəbəri olmadan şirkət sahibi oldu, külli miqdarda borcu yaranıb... Paytaxtın Biləcəri qəsəbə sakini Kamran Hidayətovun öz tanışına olan inamı başına iş açıb...
3 ildir həbsdə olan şəxsin adına 80 min vergi borcu necə gələ bilər? – VİDEO
FED.az xəbər verir ki, Kamran Hidayətov deyir ki, adi simkartla başına bu cür oyun açılacağı heç ağlına da gəlməzdi.
Məsələ ilə bağlı Dövlət Vergi Xidmətindən bildirildi ki, belə halların sayı son günlərdə artıb.
Daxili işlər nazirliyindən isə bildirildi ki, Kamran Hidayətov tərəfindən polis orqanlarına müraciət daxil olmadığına görə məsələ ilə bağlı hər hansı bir tədbir görülməyib. Vətəndaş mütləq polisə müraciət etməlidir.