Həbsdə olan gəncin adına 82 min 183 manat vergi borcu gəlib.
3 ildir həbsdə olan şəxsin adına 80 min vergi borcu necə gələ bilər? – VİDEO
FED.az xəbər verir ki, Bakı şəhər sakini Əbülfəz Şabanov İsgəndər oğlunun adına Dövlət Vergi Xidmətindən xəbərdarlıq kağızı gəlib. Məlum olub ki, sözügedən şəxsin nə az, nə çox 83 min manata yaxın borcu var.
Zərərçəkən şəxsin anası deyir ki, oğlu əvvəllər heç bir yerdə işləməyib. Əbülfəz Şabanovun adına VÖEN açılması ilə bağlı nə özünün, nə də ailəsinin xəbəri var. Valideyn məsələdən dövlət vergi xidmətindən xəbərdarlıq aldıqdan sonra məlumatlı olduğunu bildirir.
Məsələ ilə bağlı Dövlət Vergi Xidməti ilə əlaqə saxladıq. Xidmətdən qeyd olunan məsələnin araşdırılacağı bildirildi.