Tikinti işləri zamanı vəzifəli şəxslər tərəfindən ətraf mühitin mühafizəsi qaydalarının pozulması faktına dair cinayət işi başlanılıb.
Tikintinin yerləşdiyi torpaq üzərində mülkiyyət hüququnun - Əldə Olunması Asanlaşdırılır
FED.az xəbər verir ki, İmişli rayon Prokurorluğunun yaydığı məlumatda bildirilir ki, İmişli rayonunun Sarıxanlı bələdiyyəsinin sədri Bakir Məhərrəmovun vəzifə səlahiyyətlərini aşaraq qəbiristanlıq ərazisindəki torpaq sahəsində süxurların qazılaraq daşınmasına qanunsuz olaraq icazə verməsinə, podratçı və subpodratçı şirkətlərin vəzifəli şəxslərinin isə qeyd edilən ərazilərdə işlərin görülməsi zamanı ətraf mühitin mühafizəsi qaydalarını pozmalarına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı İmişli rayon prokurorluğunda Cinayət Məcəlləsinin 247 (işlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi qaydalarını pozma) və 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət işi başlanıb.
İbtidai istintaq davam etdirilir.