Maliyyə Nazirliyi Səhiyyə Nazirliyinin B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsi üzrə nəzarət tədbiri həyata keçirib.
FED.az xəbər verir ki, nəzarət tədbirləri 1 yanvar 2014 – 1 noyabr 2017-ci il tarixlərini əhatə edib.
Aparılan yoxlamalar zamanı 370 min manat məbləğində artıq ödəniş aşkarlanıb. Nəzarət tədbiri dövründə bu vəsaitin yalnız 7 min manatının dövlət büdcəsinə ödənilməsi təmin olunub.
Aşkar edilmiş nöqsanlara hüquqi qiymət verilməsi məqsədilə müvafiq sənədlər Baş Prokurorluğa göndərilib.
Eləcə də bax: Azərbaycan şirkətinin bankda girov olan səhmləri – SATIŞA ÇIXARILDI – QİYMƏT