Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin karantin dövründə nəvəsinə toy məclisi təşkil etməsi ölkə gündəmində ciddi rezonansa səbəb olub.
Eləcə də bax: "Toplantı" deyilmiş - Məşhur toyun məsələsi araşdırılır - DİN-dən Açıqlama
FED.az xəbər verir ki, toyun görüntüləri mediada yayımlandıqdan sonra sosial şəbəkədə və ictimaiyyətdə haqlı olaraq karantin rejimini pozanların cəzalandırılması məsələsi müzakirə olunub.
Hazırda toy sahibləri Ramiz Mehdiyevin kürəkəni sabiq deputat İlham Əliyev və qudası Rövşən Mustafayev məhkəməyə gətirilib. Onların barəsində qanuna müvafiq olaraq ölçü götürüləcək. (Qafqazinfo)