Banner

Hüquq

Prokurorluq işçilərinin maaşının artırılması ilə bağlı layihə - Təsdiqləndi

Prokurorluq işçilərinin maaşının artırılması ilə bağlı layihə - Təsdiqləndi | FED.az
14:02 13 Aprel 2021

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanuna dəyişiklik layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

Eləcə də bax: Azərbaycanda prokurorların maaşları - İKİQAT ARTIRILIR – ƏLAVƏ ÖDƏNİŞLƏR – YENİ QANUN

FED.az xəbər verir ki, dəyişikliklə qanuna 21.2-1-ci maddə əlavə edilir.

Yeni maddəyə əsasən, prokurorluq işçiləri hər ay vəzifə maaşlarının bir misli məbləğində vəzifə maaşına əlavə alacaqlar.

Digər dəyişiklik isə Azərbaycanda təyin edildikləri yer üzrə kirayədə yaşayan prokurorluq işçilərinin özü ilə yanaşı, ailə üzvlərinə də kompensasiya ödənilməsi ilə bağlıdır.

Həmçinin prokurorluq işçisinə vaxtından əvvəl rütbə onun daşıdığı rütbədə olma müddətinin ən azı yarısı keçdikdən sonra verilə bilər. Vaxtından əvvəl və növbədənkənar rütbənin verilməsinə işçinin prokurorluqda qulluq etdiyi müddətdə yalnız iki dəfə yol verilməsi məsələsi də qaldırılacaq.

Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib. (Report)

Banner
Banner

Digər xəbərlər