Bakı şəhəri Səbail rayon məhkəməsi Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə Naxçıvan Muxtar Respublikası maliyyə naziri Əliyev Rafael Rza oğlu barəsində müstəntiqin vəsatətinə baxıb.
FED.az xəbər verir ki, onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Rafael Əliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif yollarla “xüsusilə külli miqdar” təşkil edən 144 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham edilir.
Qeyd edək ki, bir qədər əvvəl Dövlət Təhlükəsizliyi Xidməti Naxçıvan MR-ın Dövlət Gömrük Komitəsində əməliyyat keçirmiş və 132 milyo0n manatlıq mənimsəməyə görə, Komitənin müxtəlif rəhbər vəzifəli şəxsləri məsuliyyətə cəlb edilərək həbs edilmişdi.