Azərbaycanda pandemiyaya qarşı mübarizə tədbirləri çərçivəsində tətbiq edilən karantin rejimində kütləvi tədbirlərin keçirilməsi qadağan olunsa da, Bakıda təxminən 100 nəfərlik təltifetmə mərasimi baş tutub.
Eləcə də bax: 120 nəfərlik toy edənlər saxlanıldı - FOTO
FED.az xəbər verir ki, müraciət edən vətəndaş Pərvanə Məmmədova bildirib ki, fevralın 25-i Səbail rayonunda yerləşən “Park İnn” hotelində "Avand Production”ın rəhbəri Ayaz Məmmədovun təşkilatçılığı ilə stilist, kosmetoloq, vizajist, müğənni, həkim və sair peşənin nümayəndələri “Türkiyə Zirvə Ödülləri” mükafatları ilə təltif olunublar.
Tədbir zamanı səhnəyə dəvət olunan şəxslərin və zalda əyləşən bir neçə şəxsin maskadan istifadə etməməsi diqqət çəkib.
P.Məmmədova bildirib ki, karantin rejiminin pozulması ilə bağlı polisə məlumat veriblər: “Ərazi üzrə 39 saylı Polis Bölməsinin nümayəndələri məkana baş çəksələr də, tədbir bu formada davam edib. Bu hadisədən 4 gün sonra, martın 1-də həmin hoteldə bu dəfə “Caspian Events” şirkətinin rəhbərləri İlmirzə Ağabəyov və Tural Ələkbər "Luxury Society Baku" adlı mükafatlandırma mərasimi keçiriblər. Martın 13-də isə başqa bir hoteldə təşkilatçı Aqil Məmiyevin növbəti tədbiri keçiriləcək”. (Qafqazinfo)