Şəkidə karantin qaydalarını pozan çayxananın Səhiyyə Nazirliyinin balansında olduğu məlum olub.
Eləcə də bax: Karantini pozan kafe icarədarı və müştəriləri cərimələndi - FOTO - VİDEO
FED.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Şəki Şəhər-Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi tədbirlər zamanı şəhərin Bağbanlar küçəsində xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən çayxana aşkarlanıb.
Araşdırmalar zamanı həmin çayxananın Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Şəki rayon şöbəsinin nəzdində fəaliyyət göstərdiyi məlum olub.
Mərkəzinin rayon şöbəsinin direktoru polis şöbəsinə dəvət olunaraq onunla profilaktiki söhbət aparılıb, qanunauyğun tədbirlər görülüb.