Bu ilin əvvəlinə kimi, Azərbaycanda bələdiyyələrin torpaqlar haqqında verdiyi 700 sənəd ləğv edilib. Bu barədə FED.az-a Ədliyyə Nazirliyindən bildirilib. Nazirlikdən bildirilib ki, yerli özünüidarə orqanlarının fəaliyyətinə inzibati nəzarət qaydasında 37 mindən çox bələdiyyə aktına baxılıb və nazirliyin təklifləri əsasında 700-dək akt ləğv edilib və ya dəyişdirilib.
Nəticədə bələdiyyələr tərəfindən qanunsuz ayrılmış 2 min hektardan artıq torpaq sahəsi geri qaytarılıb.
Həmçinin qanunvericiliyin tələblərini pozan bələdiyyə sədrləri barədə 51 inzibati xəta haqqında protokollar məhkəmələrə, cinayət xarakterli 13 fakt üzrə materiallar isə prokurorluğa göndərilib.