Hüquq

Baş Prokurorluğun Mətbuat Xidmətinə yeni rəhbər - TƏYİN EDİLİB

Baş Prokurorluğun Mətbuat Xidmətinə yeni rəhbər - TƏYİN EDİLİB | FED.az
11:37 28 İyul 2020

Baş Prokurorluğun Mətbuat Xidmətinin yeni rəhbərinin təyinatı təsdiqlənib.

FED.az xəbər verir ki,  bununla bağlı Baş Prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Günay Səlimzadə Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri təyin edilib.

Baş Prokurorluğun Mətbuat Xidməti  faktı təsdiqləyib.

Qeyd edək ki, ötən ay Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri işləmiş Eldar Sultanov tutduğu vəzifədən azad edilərək Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin rəisi vəzifəsinə təyin edilib, Günay Səlimzadəyə isə Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri vəzifəsinin icrası həvalə edilib. (Report)

Digər xəbərlər

Banner