Bakıda külli miqdarda dələduzluqda təqsirləndirilən "Hilal Agro” şirkətinin rəhbəri Viləş Əhədov cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Eləcə də bax: 30 nəfəri aldadan tikinti şirkətinin rəhbəri - MƏHKƏMƏ QARŞISINDA
FED.az xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Azad Məcidovun icraatına verilib.
Qeyd edək ki, V.Əhədov əvvəllər "Azercell” şirkəti ilə tərəfdaş olan "VİER” MMC-nin direktoru idi. O, 2011-ci ildə fəaliyyətə başlamış "Hilal Agro” şirkəti ət sektorunda heyvanların kökəldilməsi üzrə ixtisaslaşmış şirkətin rəhbəri olur. V.Əhədov dələduzluqda ittiham olunub. İş üzrə 9 nəfər zərərçəkən var.
Apa