Bakıda restoranların birində toy məclisinin keçirilməsi barədə sosial şəbəkələrdə videogörüntü yayılıb.
Eləcə də bax: Bakıda karantini pozan kafe sahibi 4 min manat - Cərimələndi - FOTO
FED.az xəbər verir ki, araşdırma zamanı müəyyən edilib ki, qeyd edilən görüntülər toydan deyil. Həmin şəxslər karantin rejiminin yumşaldılmasını qeyd etmək üçün məclis təşkil ediblər.
Belə ki, fevralın 2-də Nizami rayonunda yerləşən “Muğam Ocağı” restoranında “Soel” parfum şirkətinin 14 əməkdaşı xüsusi karantin rejimi qaydalarının yumşaldılması ilə bağlı məclis təşkil ediblər.
Hazırda məsələ ilə bağlı araşdırma aparılır. (Qafqazino)