"Beynəlxalq Ədalət Məhkəməsi və İnsan Hüquqları üzrə Avropa Məhkəməsində Ermənistana qarşı iddialar qaldırmışıq".
Azərbaycan Ermənistana iddialar qaldırıb - KOMPENSASİYALAR TƏLƏB EDƏCƏK
FED.az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev 2022-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, Ermənistanın Azərbaycana təzminat ödəməsi mürəkkəb məsələdir: "Bu məsələ ilə bağlı yerli məhkəmələrə müraciət olunacaq. Ümid edirəm, bunlar, müsbət nəticələnəcək.
Məsələn, İsveçrənin şirkəti var, hansı ki, Qarabağda qeyri-qanuni fəaliyyət göstərir və gəlir əldə edir. Biz onlara qarşı İsveçrə məhkəməsində iddia hazırlayırıq". (Report)