Bu il yanvarın 1-nə İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun (SİF) banklarda 126 milyon 283 min manat depoziti olub.
FED.az bu barədə Fondun maliyyə hesabatına istinadən xəbər verir.
Sənədə əsasən, bu, 2024-cü il yanvarın 1-i ilə müqayisədə 41 milyon 827 min manat və ya 49,5 % çoxdur.
Əvvəlki ilin müvafiq dövründə Sahibkarlığın İnkişafı Fondunun (SİF) banklarda 84 milyon 456 min manat depoziti olub.