ABŞ prezidenti Donald Tramp brifinqdə Ukraynanın yeni liderə ehtiyacı olduğunu bildirib.
"Düşünürəm ki, Ukraynanın yeni prezidentinin vaxtıdır", - deyə dövlət başçısı bildirib.
Tramp əlavə edib ki, Ukraynaya razılaşma əldə edə biləcək yeni bir lider tapmağı məsləhət görəcək, çünki ölkənin hazırkı prezidenti Vladimir Zelenski bir çox razılaşmalar əldə edə bilər, amma nədənsə bunu etmir.
Xatırladaq ki, oktyabrın 9-da Tramp Rusiya prezidenti Putinlə telefon danışığı barədə Truth Social-da məlumat verib. Tərəflər Rusiya dizel yanacağını qlobal bazarlara qaytarmaq barədə razılığa gəliblər: ABŞ Rusiya dizelinə qoyulmuş sanksiyaları altı ay, yəni 7 aprelə qədər ləğv edib. Trampın sözlərinə görə, Moskva "dərhal" 300 000 ton yanacaq təmin edə bilər və daha çox yanacaq da gələcək. Putin də Rusiyanın ABŞ-ı dizel yanacağı ilə təchiz etməyə hazır olduğunu təsdiqləyib.
Xatırladaq ki, ABŞ və Rusiya prezidentlərinin danışığından sonra Zelenski Rusiya və ABŞ liderləri arasındakı söhbətdən qəzəbləndiyini bildirib . Axios-un məlumatına görə, 15 dəqiqəlik müsahibə zamanı Ukrayna lideri qıcıqlanma və məyusluqla danışıb, hətta Rusiya dizel yanacağının qlobal bazara tədarükü ilə bağlı razılaşmanı öyrəndikdən sonra xəyanət hissi keçirdiyini də bildirib.
Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ -Rusiya dizel yanacağı müqaviləsi ilə bağlı Avropa liderləri ilə telefon danışığı aparıb . Müvafiq məlumat Ukrayna liderinin saytında dərc edilib.
Orada Zelenskinin Böyük Britaniya və Norveçin Baş nazirləri Endi Börnhem və Qar Stör, eləcə də Fransa və Finlandiya prezidentləri Emmanuel Makron və Aleksandr Stubbla telefon danışıqları apardığı bildirilir .













